Qadın futbolçulardan ibarət Azərbaycan millisi B Liqasına yüksəldi

Qadın futbolçulardan ibarət Azərbaycan millisi B Liqasına yüksəldi

  • 1 Dekabr 2023, 22:51

Qadın futbolçulardan ibarət Azərbaycan millisi UEFA Millətlər Liqasında növbəti oyununu keçirib.

Sportlife.az xəbər verir ki, C Liqasında yer alan Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda 3-cü qrupun V turunda Kiprin qonağı olub.

Qarşılaşma yığmamızın 1:0 hesablı qələbəsi ilə bitib. 9-cu dəqiqədə Diana Məmmədova fərlənib.

Beləliklə, xallarının sayını 13-ə çatdıran millimiz qrup liderliyini təmin edib və B Liqasına yüksəlib.

Qrupun digər görüşündə Monteneqro Farer adalarını 9 cavabsız qolla üstələyib.


Paylaş: