16 Noyabr 2023, 15:06
“Rəqib komandada arxayınlıq yarana bilər” - Millimizin sabiq futbolçusu

“İsveçlə qarşılaşma çətin olacaq”.

Bunu Sportlife.az-a açıqlamasında millimizin sabiq üzvü Mahir Şükürov AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan-İsveç görüşü ilə bağlı danışarkən deyib. O, komandamızın bu görüşdən xalla ayrılacağına inandığını bildirib:

“Rəqibimiz üçüncü yerdə qərərlaşıb. Bu səbəblə onlarda arxayınlıq yarana bilər. Millimiz əgər bu gün istəkli olsa və həqiqətən də azarkeşləri sevindirmək istəsələr, oyuna fokuslansalar rəqibdən xal ala bilərlər. Düşünürəm ki, məğlubiyyət olsa belə, böyükhesablı olmayacaq. Mənə elə gəlir, görüş bərabərliklə nəticələnəcək”.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək görüş saat 21:00-da başlayacaq. Millimiz 6 oyundan sonra 4 xalla 4-cü, qonaqlar isə 7 xalla üçüncü pillədə qərarlaşıblar.

Nərmin VÜQARQIZI