Finalda qardaş dueli

  • 8 Yanvar 2026, 17:09

Bu gün yunan-Roma güləşi üzrə Azərbaycan çempionatında final qarşılaşmaları olacaq.

Sportlife.az xəbər verir ki, həlledici qarşılaşmalar arasında biri xüsusi maraqla gözlənilir.

“Neftçi” İdman Klubunun güləşçiləri Məhəmməd və Murad Əhmədiyev (97 kq) qardaşları final görüşündə üz-üzə gələcək.

Qeyd edək ki, medal qarşılaşmalarına saat 18:00-da start veriləcək.


Paylaş: