Güləşçilərimiz dünya çümpionatında məğlub oldular
Serbiyanın paytaxtı Belqradda keçirilən lisenziya xarakterli dünya çempionatında daha 2 qadın güləşçimiz məğlub olub.
Sportlife.az xəbər verir ki, 53 kq çəki dərəcəsində çıxış edən Elnurə Məmmədova təsnifat mərhələsində rumıniyalı Andrea Anaya uduzub.
62 kq-dakı Elis Manolova eyni raundda venesuelalı Natali Qrimana yenilib.
Onlar rəqibləri finala çıxacağı təqdirdə sabah təsəlliverici qarşılaşmalara qatılacaqlar.