Güləşçilərimiz üçün maraqlı təlim

  • 22 Dekabr 2025, 11:47

Azərbaycan güləşçiləri üçün etika və natiqlik təlimləri keçirilir.

Sportlife.az xəbər verir ki, bu, ​Milli Olimpiya Komitəsi (MOK) və Etika Akademiyası arasında imzalanan Əməkdaşlıq Memorandumu çərçivəsində həyata keçirlir.

Təlimlər natiqlik sənəti, gözəl danışıq texnikası, psixoloji hazırlıq, kamera önündə çıxış, özünüifadə bacarığı istiqamətlərində aparılır.

​Qeyd edək ki, MOK və Etika Akademiyasının bu tərəfdaşlığı idmançıların həm arenada, həm də cəmiyyət qarşısında kamil şəxsiyyət kimi formalaşmasını hədəfləyir.


Paylaş: