
Pis yolun yolçuları
Pis yoldan düz yola çıxmaq üçün ən azından istiqaməti bilmək lazımdır. Ancaq AFFA-nın yeni rəhbərliyinin indiki vəziyyəti naviqatorsuz avtomobili xatırladır – sükan arxasında oturublar, amma istiqamət bəlli deyil. İlluziya içindəki bu labirintdən çıxmaq üçün əvvəlcə düz yolda olmadıqlarını qəbul etməlidirlər. Məsələ də elə bundadır – onlar bunu etiraf etmək istəmirlər.
Düşünürlər ki, 1 ilə dəyişiklik gözləməyə dəyməz. Onda biz də deyirik: İstiqamət düz deyilsə, 5 il də keçsə, heç nə dəyişməyəcək!
İstiqaməti və yolu düz seçməyən komandanın sonu uçurumdur. Yolu düz gedən komandanın işlərindəki sürət hiss olunmalı idi. Sürət artımı gözə dəymirsə, demək ki, pis yoldasan...
AFFA rəhbərliyinin iki seçimi var: ya sükanın istiqamətini dəyişib düz yolu tapmaq, ya da açıq şəkildə yanlış yolda olduqlarını etiraf etmək. Əks halda, yolun sonunda nə dayanır, bilirsinizmi? Əvvəlkilər kimi "Pis yolun yolçuları" olaraq tarixə düşmək.
Mirələm HƏSƏNLİ