Voleybol üzrə Azərbaycan çempionatlarının başlayacağı tarix bəlli olub

  • 30 Noyabr 2024, 12:00

Voleybol üzrə həm kişilər, həm də qadınlar arasında Azərbaycan Yüksək Liqasının 2023/2024 mövsümünün başlayacağı tarix müəyyənləşib.

Sportlife.az Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışa dekabrın 3-də start veriləcək.

Həm qadınların, həm də kişilərin Yüksək Liqasında 6 komanda mübarizə aparacaq. Reqlamentə əsasən liqalar 2 dövrədən ibarət olacaq (ev-səfər) və oyunlar dairəvi sistem üzrə keçiriləcək.

Sonra ilk 4 pilləni tutacaq komandalar pley-off mərhələsinə yüksələcəklər.

Qadınlar: “Azərreyl", “Abşeron”, “Murov Az Terminal”, “Gəncə”, “Milli Aviasiya Akademiyası”, UNEC.

Kişilər: MOİK, “Murov Az Terminal”, “Azərreyl", “Xilasedici”, “Gənclər”, “Neftçi”.

Ölkə çempionatının 2024/2025 mövsümündə ilk qarşılaşmalar qadın komandalar arasında keçiriləcək. Dekabrın 3-də qadınların Yüksək Liqasında I turun oyunları baş tutacaq. Kişilərin mübarizəsində isə ilk turun matçları 4-5 dekabr tarixlərində təşkil olunacaq.

Azərbaycan Yüksək Liqası

I tur

Qadınlar

3 dekabr

14:00. “Gəncə” - “Abşeron”
Gəncə İdman sarayı
15:00. “Milli Aviasiya Akademiyası” - “Azərreyl”
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi
17:00. “Murov Az Terminal” - UNEC
"Murov Az Terminal" klubunun idman zalı

Kişilər

4 dekabr

15:00. “Murov Az Terminal” - MOİK
"Murov Az Terminal" klubunun idman zalı
17:00. “Neftçi” - “Azərreyl”
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi

5 dekabr

16:00. “Gənclər” - “Xilasedici”
Sumqayıt Olimpiya İdman Kompleksi


Paylaş: