Millimizin üzvü medalsız qaldı
Azərbaycan ağırlıqqaldıranı Nazilə İsmayılova Tailandın Phuket şəhərində keçirilən Dünya Kubokunda mübarizə aparıb.
Sportlife.az xəbər verir ki, 45 kq çəki dərəcəsində çıxış edən idmançı beşinci yeri tutub.
O, toplam 127 kq-ın (55+72) öhdəsindən gəlib.
Qeyd edək ki, Dünya Kuboku aprelin 11-də başa çatacaq. Azərbaycan millisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli son turnirdə 5 idmançı ilə təmsil olunur.