Rusiyalı idmançıların yarışlardan kənarlaşdırılma müddəti uzadılıb

  • 5 Aprel 2023, 16:49

Beynəlxalq Atçılıq Federasiyası (FEI) rusiyalı idmançıların yarışlardan kənarlaşdırılması müddətini uzadıb. Bundan əvvəl Beynəlxalq Olimpiya Komitəsi (BOK) federasiyalara rusiyalı atletlərin yarışmasına icazə verməyi, lakin ciddi meyarlara riayət etməyi tövsiyə etmişdi.

Sportlife.az xəbər verir ki, FEI rəhbərliyi Rusiya və Belarus idmançılarının fərdi neytral idmançı statusu ilə yarışa buraxılması ilə bağlı BOK-un 28 mart tarixli tövsiyələrini müzakirə edib.

FEI prezidenti İnqmar de Vos bildirib ki, bu mərhələdə neytrallıq adekvat şəkildə müəyyən edilə bilməz. Federasiya neytral statuslu idmançıların iştirak şərtlərini ədalətli və obyektiv qiymətləndirmək üçün lazımi alətlərə malik deyil.


Paylaş: