
"Neftçi" və "Sumqayıt"ın ev sınağı
Bu gün Azərbaycan Premyer Liqasında XXVIII turun daha iki oyunu keçiriləcək.
Sportlife.az xəbər verir ki, ikinci oyun gününün ilk matçında “Neftçi” öz meydanında “Araz Naxçıvan”ı qəbul edəcək. Paytaxt klubu son 3 görüşdə qələbə qazanmayıb. “Araz-Naxçıvan” isə son 2 oyunda meydandan qalib ayrılıb.
Günün son oyununda “Sumqayıt” yerli azarkeşləri qarşısında “Sabah”la qarşılaşacaq. Qonaqlar son 2 görüşdən qolsuz ayrılıb. “Sumqayıt” son 3 ev oyununda rəqib qapısına yol tapıb.
Qeyd edək ki, turun açılış oyununda ötən gün "Qarabağ” “Turan Tovuz”u böyük hesabla (4:1) məğlub edib. Turun digər iki oyunu sabah keçiriləcək.