Azərbaycan Basketbol Liqasında növbəti matçlar keçirildi

  • 8 Mart 2025, 18:02

Azərbaycan Basketbol Liqasının XVII turunda daha bir oyun keçirilib.

Sportlife.az xəbər verir ki, B qrupunda “Quba” “Şəki” ilə üz-üzə gəlib.

“Sərhədçi” İdman Mərkəzində baş tutan görüş “Şəki”nin qələbəsi ilə yekunlaşıb - 66:63.

Bu gün XVII turda daha bir matç keçiriləcək. A qrupunda “Abşeron” evdə “Sərhədçi”ni sınağa çəkəcək.

Turun daha əvvəl baş tutan görüşlərində NTD - "Naxçıvan"ı 85:78, “Sabah” “Neftçi”ni 105:77 hesabı ilə məğlub edib.


Paylaş: