33 cüdoçumuz Avropa Kubokunda

  • 28 Mart 2025, 12:53

Azərbaycanın cüdoçuları aprelin 5-6-da Çexiyanın Teplitse şəhərində kadetlər arasında keçiriləcək Avropa kubokunda mübarizə aparacaq.

Sportlife.az xəbər verir ki, heyətdə 33 idmançı yer alacaq - 17 oğlan və 16 qız.

İdmançılarımız ümumilikdə 16 çəki dərəcəsində mübarizə aparacaqlar.

Almaniya 112 cüdoçu ilə yarışda ən böyük heyətə malik olacaq.

Ümumilikdə Avropa kubokunda 38 ölkənin komandaları çıxış edəcək.


Paylaş: