Azərbaycan millisinin heyəti açıqlanıb

  • 8 Mart 2025, 16:16

Azərbaycanın futzal millisinin AVRO-2026-nın əsas mərhələsində Yunanıstanla oyun üçün Afinaya aparılacaq yekun heyəti açıqlanıb.

Sportlife.az Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, hazırlığın Bakı mərhələsini bitirən baş məşqçi Vitali Borisov səfərə 14 futzalçı ilə yollanacaq.

Komanda bu gecə Bakı-İstanbul-Afina reysi ilə matçın keçiriləcəyi ölkəyə yola düşəcək.

Yığmamızın heyəti aşağıdakı kimidir:

Emin Kürdov, Novruz Kazıxanov, Xəzər Ağalızadə, Ülvi Əliyev (hamısı "Araz-Naxçıvan"), Emil Həsənzadə, Fərid Atakişiyev, Eldar Zeynalov ("Neftçi"), Tofiq Mikayılov, Kənan Manafov, Oktay Rüstəmli, Nihad İsmayılov, Nurlan Mehdizadə, Kamran Hacıyev, Murad Quluzadə (hamısı "Baku Fire").

Yunanıstan - Azərbaycan görüşü martın 11-də Afinada baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.


Paylaş: