
MMA döyüşçüsü həbs olundu
Braziliyalı MMA döyüşçüsü Livinya Souza həbs edilib.
Sportlife.az xəbər verir ki, polis 33 yaşlı idmançının evində tapança, patronlar, marixuana və steroidlər aşkarlanıb.
Souza narkotik maddələrin daşınmasında və qanunsuz silah saxlamaqda ittiham olunur.
Qeyd edək ki, 2018-2021-ci illərdə UFC-də döyüşmüş L.Souza sonuncu dəfə 2021-ci ilin oktyabrında rinqə çıxıb və hakimlərin qərarı ilə məğlub olub.