
İngiltərə Kubokunda ardıcıl 6 dəfə finalda uduzan "Çelsi" tarixə düşdü
"Çelsi" İngiltərə tarixində ardıcıl altı ölkə kubokunun finalında məğlub olan ilk komanda olub.
Sportlife.az xəbər verir ki, londonlular İngiltərə Liqa Kubokunun finalında “Uembli”də “Liverpul”a uduzublar (0:1). Yeganə qolu 118-ci dəqiqədə Vircil van Deyk vurub.
“Mavilər” ardıcıl üçüncü dəfə kubokun finalında da “Liverpul”a uduzub. 2022-ci ildə "Çelsi" Liqa Kubokunda (0:0, 10:11 penaltilər) və İngiltərə Kubokunda (0:0, 5:6 penaltilər) Mersisaydlılara uduzdu.
Daha əvvəl "Çelsi" 2021-ci ildə İngiltərə Kubokunun finalında "Lester"ə (0:1), 2020-ci ildə eyni turnirdə "Arsenal"a (1:2), Liqa Kubokunda isə 2019-cu ildə "Mançester Siti"yə (0:0, penaltilər 3:4) uduzmuşdu.