Xavinin qərarı qətidir
"Barselona"nın baş məşqçisi Xavi Ernandes Kataloniya klubundan ayrılmaq qərarını dəyişmək fikrində olmadığını bildirib.
Sportlife.az xəbər verir ki, mütəxəssis bu barədə "Mundo Deportivo"ya danışıb.
“Bu gün heç nə dəyişməyib. Addım-addım gedirik, “Atletik”lə oyuna hazırlaşırıq. Qərarımda heç bir dəyişiklik yoxdur” - deyə Xavi bildirib.