
"Yığmada dəyişikliyə ehtiyac var"
Braziliya millisinin futbolçusu Vinisius Junior yığmada dəyişikliyə ehtiyacın olduğunu bildirib.
Sportlife.az xəbər verir ki, o, dünya çempionatının seçmə mərhələsində Argentinaya 1:4 hesabı ilə məğlub olduqları oyunda çox zəif performans nümayiş etdirdiklərini deyib.
"Dəyişikliyə ehtiyacımız var. Mən dünya çempionatında oynadım və onu uduzdum. Daha bir mundialı itirmək istəmirəm" , - deyə Vinisius qeyd edib.