Milli üzvü "Kəpəz"də

  • 28 Mart 2025, 13:42

"Kəpəz" Conston Omurvanı heyətinə cəlb edib.

Klubdan Sportlife.az saytına verilən məlumata görə, keniyalı futbolçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.

Omurva mərkəz müdafiəçisi mövqeyində çıxış edir. 26 yaşlı oyunçunun son klubu Səudiyyə Ərəbistanı təmsilçisi “Abha” olub.

Keniya millisinə dəvət alan Conston Portuqaliyada "Eştrela"nın da formasını geyinib.


Paylaş: