"Neftçi"dən darmadağın

  • 9 Yanvar 2026, 19:01

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təlim-məşq toplanışında olan “Neftçi” ilk yoxlama oyununu keçirib.

Sportlife.az xəbər verir ki, “ağ-qaralar” Qazaxıstanın son çempionu "Kayrat" ilə qarşılaşıb. Görüş Azərbaycan təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Marat Salyanski, Vensan Abubakar və Murad Məmmədov vurublar.

Qeyd edək ki, “Neftçi” hazırlıq çərçivəsində daha 2 oyun keçirəcək. Bakı klubu yanvarın 13-də “Piramids” (Misir), 16-da isə “Çendu Ronqçenq” (Çin) klubları ilə üz-üzə gələcək.


Paylaş: