Güləş Federasiyasından 300 min dollarlıq rüşvət iddiasına CAVAB

  • 12 Aprel 2024, 14:51

Bakıda keçirilən Avropa Olimpiya Təsnifat Turnirində Turan Bayramova məğlub olan italiyalı Frank Çamiso qalmaqallı açıqlama yayıb. O İtaliya mətbuatına bildirib ki, Bakıda ona 300 min dollar rüşvət təklif edilib ki, Turana məğlub olsun. Bunu qəbul etmədiyi üçün Çamiso bilərəkdən uduzdurulduğunu bildirib.

Sportlife.az-a açıqlama verən Azərbaycan Güləş Federasiyasının mətbuat katibi Sərxan Musayev iddianı təkzib edib.

"Boş iddiadır. Hər kəs belə iddialarla çıxış edə bilər. Sübutun olmayandan sonra belə açıqlamalar mənasızdır. Görünür, Çamisonun bu iddiası məğlubiyyətin məyəsuluğundan irəli gəlir. Əvvəldən haradan bilinirdi ki, Çamiso Turanla qarşılaşacaq? İtaliyalı güləşçi publikaya oynamağı çox sevir" - deyə Musayev məsələyə aydınlıq gətirib.


Paylaş: