Üçqat olimpiya çempionu harada dəfn olunacaq?

  • 3 Mart 2025, 13:39

Rusiya Güləş Federasiyasının (RWF) prezidenti Mixail Mamiaşvili sərbəst güləş üzrə üçqat olimpiya çempionu Buvaysar Saytiyevin dəfn olunacağı yeri açıqlayıb.

Sportlife.az xəbər verir ki, mərhum idmançı anadan olduğu Dağıstanın Xasavyurt şəhərində dəfn olunacaq.

Onun sözlərinə görə, Buvaisar Saytiyevlə dini səbəblərə görə vida mərasimi olmayacaq. 

Saytiyev 49 yaşında ürək tutmasından dünyasını dəyişib.

Qeyd edək ki, idmançı üçqat Olimpiya, altıqat dünya çempionatının və Avropa Birinciliyinin qızıl medalçısı olub.


Paylaş: