
"Çox yaxın zamanda lisenziyanı alıb, Premyer Liqa üçün hazır olacağıq"
"Klubun prezidenti Şahmar Vəliyevin qayğısı, diqqəti hər zaman üstümüzdədir".
Bu sözləri Sportlife.az saytına açıqlamasında "Karvan" klubunun baş məşqçisi Kənan Kərimov deyib.
O, klubun Premyer Liqa üçün hazırlıqlarından danışıb: "Bu gün heyətlə bağlı danışmayaq. Çünki I Liqa ilə Premyer Liqanın səviyyəsi arasında çox fərq var. Sponsor baxımından problem yoxdur. Lisenziyanı almaq üçün işlər gedir. Çox yaxın zamanlarda lisenziyanı alıb, Premyer Liqa üçün tam hazır olacağıq.
Təcrübəli mütəxəssis "Qəbələ"yə 0:2 hesabı ilə uduzduqları matç haqda da öz fikirlərini bölüşüb: "Biz Qəbələyə qələbə üçün yollanmışdıq. Ümumi oyuna baxanda nəticə ədalətsiz oldu. Dirəkdən dönən iki topumuz var idi. Onların biri qolla nəticələnsə, tam fərqli oyun olacaqdı. Oyunçumuzun diqqətsizliyindən ilk qolu buraxdıq. Ən azı 1 xal qazanmalıydıq".
Akif ƏHMƏDOV