
Yığmamız Belarusla üz-üzə
Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək.
Sportlife.az xəbər verir ki, yığmamız ikinci yoldaşlıq görüşünü keçirəcək.
Fernandu Santuşun komandası Belarus yığması ilə qarşılaşacaq. “Bank Respublika Arena”dakı görüş saat 21:45-də başlayacaq.
Yoldaşlıq oyunu
25 mart
21:45. Azərbaycan - Belarus
Baş hakim: Aleko Aptsiauri (Gürcüstan)
Qeyd edək ki, yığmamız üç gün əvvəl Sumqayıtda Haitiyə 0:3 hesabı ilə uduzub.