Azərbaycan şahmatçısı gümüş medal qazandı

  • 8 Mart 2025, 12:00

Azərbaycan təmsilçisi Ayan Allahverdiyeva Monteneqroda təşkil edilən 20 yaşlı şahmatçılar arasında təşkil olunan dünya çempionatında gümüş medal qazanıb.

Sportlife.az xəbər verir ki, şahmatçımız XI turda Özbəkistan təmsilçisi Afruza Xamdamovayla heç-heçə oynayıb. Bununla xalını 8-ə çatdıran Ayan Allahverdiyeva dünya çempionatının gümüş medalına sahib çıxıb.

Mundialda 50 ölkədən 200-dən çox şahmatçı mübarizə aparıb.


Paylaş: