Rəcəbovun səhhətində problem yarandı

  • 13 Fevral 2025, 14:39

Azərbaycan şahmatçısı Teymur Rəcəbov səhhətində yaranan problemlə bağlı ölkə çempionatında mübarizəni davam etdirməyəcək.

Şahmat Federasiyasından Sportlife.az-a verilən məlumata görə, qrosmeyster bununla bağlı yarışın baş hakimi Lütfiyar Rüstəmova və Təşkilat Komitəsinə müraciət ünvanlayıb.

Şahmatçı sağlamlığında yaranan problemlə bağlı çempionatda 3-cü yer uğrunda oyunlarda iştirak etməyəcəyini bildirib və bunun üzürlü hesab edilməsini xahiş edib.


Paylaş: