Millimizin üzvü finalda

  • 8 Fevral 2025, 12:19

Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova Braziliya kubokunun finalında çıxış edəcək.

Sportlife.az xəbər verir ki, onun çıxış etdiyi “Osasko” yarımfinalda “Minas”la oyunda qələbə qazanıb – 3:2.

Rəhimovanın hazırkı klubu finalda onun Braziliyada debüt mövsümündə şərəfini qoruduğu "Sesi Bauru" ilə qarşılaşacaq.


Paylaş: