Polşa klubuna Rusiya əngəli

  • 7 Mart 2025, 12:57

Polşanın "Slepsk Suvalki" voleybol klubu Dubayda (BƏƏ) keçiriləcək NAS Sports Tournament beynəlxalq turnirində iştirakdan imtina edib.

Sportlife.az xəbər verir ki, buna səbəb Rusiya klublarının bu yarışda iştirak etməsidir.

Polşa tərəfinin məsələ ilə bağlı açıqlaması belə olub: "NAS İdman Turnirində iştirakdan imtina etməyimizə təsir edən həlledici amil Rusiya Federasiyasından iki klubun bu turnirdə çıxış edəcəyi ilə bağlı məlumat oldu. Tərəfdaşlar, Polşa Voleybol Assosiasiyası və Polşa Voleybol Liqası ilə məsləhətləşmələrdən sonra biz onların mövqeyini dəstəklədik”.


Paylaş: