Poqba dəvə yarışları klubunun səhmdarı oldu

  • 11 Dekabr 2025, 14:50

"Monako"nun futbolçusu Pol Poqba Səudiyyə Ərəbistanında dəvə yarışlarında çıxış edən "Əl-Xabun" klubunun səhmdarı və səfiri oldu.

Sportlife.az xəbər verir ki, o, bu barədə sosial media hesabında paylaşım edib.

Poqba kluba səhmdar və səfir kimi qoşulmaqdan qürur duyduğunu və birlikdə tarix yazmaq istədiyini bildirib.

"Əl-Xabun" dünyanın ilk peşəkar dəvə yarışları komandasıdır və Körfəz Əməkdaşlıq Şurasının üzvüdür.

Qeyd edək ki, Poqba 2025-ci ilin iyul ayından "Monako"da oynayır.


Paylaş: