
Çempionlar Liqası: Ronaldo bu dəfə komandasına kömək ola bilmədi
“Əl-Nəssr” Asiya Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda səfərdə “Əl-Əin”ə uduzub – 0:1.
Sportlife.az xəbər verir ki, meydan sahiblərinin yeganə qolunu 44-cü dəqiqədə Süfyan Rəhimi vurub. Matçın sonunda “Əl-Nəssr”in müdafiəçisi Aymerik Lyaport qırmızı vərəqə alıb.
Qonaqların kapitanı Kriştiano Ronaldo start heyətində yer alıb və bütün oyunu meydanda keçirib.
Cavab görüşü martın 11-də baş tutacaq. Bu cütün qalibi Asiya Çempionlar Liqasının yarımfinalında “Əl-Hilal” – “Əl-İttihad” matçının qalibi ilə qarşılaşacaq.