"Barselona"nın yetirməsi "Neftçi"də?
"Barselona" klubunun yetirməsi olan Seku Qassama "Neftçi"yə təklif edilib.
Sportlife.az saytının əldə etdiyi məlumata görə, 29 yaşlı hücumçu Azərbaycanda oynamağa müsbət yanaşır. O, ilinə 300 min dollar maaş qarşılığında "ağ-qaralar"da çıxış edə bilər.
Qassama hazırda azad agentdir. Seneqallı hücumçu son olaraq "Anortosis"də forma geyinib. O, vaxtı ilə ölkəsinin U-20 millisində də oynayıb. Skautlar futbolçunun performansını detallı şəkildə analiz etdikdən sonra yekun qərarı baş məşqçi Roman Qriqorçuk verəcək.
Qassama karyerası ərzində "Almeyra", "Real Valyadolid", "Rasinq" və "Malaqa" kimi klublarda çıxış edib. O, "Barselona" akademiyasının yetirməsidi.