"Klubda birinci şəxsdən tutmuş sonuncuya qədər..." - "Neftçi"nin qolkiperi

  • 12 İyun 2024, 11:18

"Klubda birinci şəxsdən tutmuş sonuncuya qədər hər birimiz əlimizdən gələni etməliyik ki, səhvləri düzəldək. "Neftçi"də nə qədər dəyişiklik olsa da, oyunçular, məşqçilər burdan ayrılsalar da, azarkeşlər həmişə tribunalarda olacaqlar".

Bu sözləri Sportlife.az saytına "Neftçi"nin qapıçısı İvan Brkiç mövsümü dəyəyləndirərkən deyib. O, daha sonra belə davam edib:

"Azarkeşlər bu klubu sevirlər. Uğursuz mövsüm arxada qaldı və biz heç nəyi dəyişə bilmərik, ancaq nəticə çıxara bilərik. Biz aramızda inamı bərpa etməli, hər şeyə birlikdə imza atmalı və daha yaxşı “Nefçi” qurmalıyıq. Çünki azarkeşlərimiz buna layiqdirlər. Hər birinə böyük salamlar. Ümid edirəm ki, növbəti mövsüm onları sevindirə biləcəyik".

 


Paylaş: