Zaretskadan bürünc medal

  • 1 Dekabr 2025, 10:06

Azərbaycanın qadın karateçisi İrina Zaretska Misirin paytaxtı Qahirədə keçirilən dünya çempionatında medal qazanıb.

Sportlife.az xəbər verir ki, 68 kiloqram çəki dərəcəsində çıxış edən idmançı 3-cü yer uğrunda görüşdə qalib gələrək bürünc mükafata sahib çıxıb.

Asiman Qurbanlı (84 kiloqram) isə bürünc medal qarşılaşmasında uduzaraq, yekunda 5-ci yeri tutub.


Paylaş: